Avstraliyada bir qadın üç ailə üzvünü zəhərləyərək öldürməkdə ittiham olunur. İki uşaq anası olan Erin Patterson, ölümcül göbələk – “death cap” ilə ailə naharında hazırladığı yeməklə yaxın qohumlarını qəsdən zəhərləməkdə günahlandırılır.

Məhkəmə materiallarına əsasən, Patterson-un hazırladığı yeməyi yedikdən sonra həyatını itirən şəxslər onun ayrı yaşadığı həyat yoldaşının valideynləri və onun bibisi olub. Bibisinin həyat yoldaşı isə ağır zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib və sağ qalıb.
Hadisə ölkədə böyük rezonansa səbəb olub. Erin Patterson bu ittihamları qəti şəkildə təkzib edir və özünü təqsirsiz sayır.
İstintaqın əsas versiyasına görə, qurbanların ölümü “death cap” göbələklərinin tərkibindəki amatoksin adlı ölümcül maddə ilə əlaqələndirilir. Bu növ göbələklər çox vaxt yeməli növlərlə qarışdırıldığından, onların istehlakı ölümə gətirib çıxara bilər.
Hazırda məhkəmə prosesi davam edir və hadisənin qəsdən törədilib-törədilmədiyi araşdırılır.
Mənbə:CNN
Tərcümə etdi:Rəna Qarayeva
