Bu gün:

“İngilis dili müəllimləri mütəmadi olaraq yeni metodlar axtarırlar”


24Media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı Bakı Dövlət Universitetinin Humanitar fakültələr üzrə kafedrasının İngilis dili müəllimi Səkinə Aydınovadır. O, universitetlərdə İngilis dili tədrisi haqda danışıb.


-Universitetlərdə İngilis dili dərsləri necə tədris olunur və effektiv tədris üçün nələr çatışmır?


İngilis dili müəllimləri mütəmadi olaraq yeni metodlar axtarır, təlimlərdə iştirak edir və sertifikatlar əldə edirlər. Bu təlimlər interaktiv şəkildə keçilir və müəllimlər hansı kitablardan istifadə etməlidir, kitablardakı mövzuları necə keçməlidirlər barəsində geniş informasiya əldə edirlər. Müəllimlər ingilis dili dərslərində müxtəlif metodlardan istifadə edir. Məsələn, müəllim mətni normal tempdə 2 dəfə oxuyur və tələbələr qrup şəklində mətndən yadda qalan sözlər ilə cümlələr qururlar. Son olaraq, hər qrup öz qurduğu cümlələr ilə yekun mətni oxuyur. Mətnlər üzrə fikir mübadiləsi aparılır. Digər metod budur ki, dinləmələr (listening) keçilir, tələbələr dinləmədən eşitdikləri sözləri filling gaps adlanan çalışmalarda boşluqlara qoyurlar. Müəllimlər tələbələr üçün yoxlama testlər (control test) hazırlayır. Bu yoxlama testlər 3 aydan bir tələbənin biliyini yoxlayır və imtahana hazırlayır. Eyni zamanda, tələbələr dərs üçün təqdimatlar hazırlayırlar. Xüsusilə də, Jurnalistika fakültəsinin tələbələri özləri videoçarx hazırlayırlar, universitetin studiyasında montaj etməyi öyrənirlər. Azərbaycan jurnalistikası və Azərbaycan Jurnalistikasında dahi insanlar haqqında kitablar hazır olunsa, yaxşı olar, həmçinin auditoriyalar texniki avadanlıqlarla təchiz olunsa, faydalı olar. 


Sayad Qoşnalıyeva

Paylaş
Şərh əlavə et