Məşhur aktor və ekoloji aktivist Arnold Şvartsenegger iqlim dəyişikliyi ilə bağlı passiv yanaşmaları tənqid edib.
BBC-yə verdiyi açıqlamada o, insanlara çağırış edərək, ABŞ-nin prezidenti Donald Tramp-ın siyasətini bəhanə gətirib şikayət etməyi dayandırmağı və iqlim dəyişikliyi ilə mübarizədə aktiv olmağı tövsiyə edib.
“Şikayət etməyi dayandırın!” deyən Şvartsenegger qeyd edib ki, prezidentin siyasəti bu sahədə dəyişikliklərə maneə deyil. Onun sözlərinə görə, real dəyişikliklər yalnız insanların təşəbbüsü və fəaliyyəti ilə mümkündür.
Şvartsenegger bu fikirləri ilə insanların şəxsi və kollektiv məsuliyyət daşıdığını vurğulayaraq, iqlim dəyişikliyi ilə mübarizənin siyasi liderlərdən çox, cəmiyyətin öz əlində olduğunu xatırladıb.
Mənbə: BBC News
Tərcümə etdi: Zeynəb Yunuszadə
