Bu gün:

Manisa Böyükşəhər Bələdiyyə Başçısı Ferdi Zeyrek reanimasiyada


Manisa Böyükşəhər Bələdiyyə Başçısı Fərdi Zeyrek 6 iyun cümə günü axşam saatlarında elektrik cərəyanı vurması nəticəsində ürəyi dayanaraq xəstəxanaya aparılıb.

Zeyrek sosial media platforması X hesabında edilən açıqlamada: "Zeyrek bədbəxt hadisə nəticəsində elektrik cərəyanı vurması nəticəsində ağır yaralanıb" -  deyilib. 48 yaşlı Zeyrəyin ürəyi müdaxilələrlə yenidən işə salınıb və hazırda reanimasiyada müalicəsi davam edir.

Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özəl şənbə günü xəstəxanada verdiyi açıqlamada, "Bir neçə saatdan bir daha yaxşı xəbərlər alırıq. Bu, hər şeyin öz yoluna düşməsi deməkdir. Bundan sonra çox yaxşı olacağı anlamına gəlmir. Ehtiyatlı danışmalıyıq. Amma hər yeni xəbər bir əvvəlkindən yaxşıdır" deyib. 

Manisa İl Sağlamlıq Müdiri Mehmet Fatih Zeren, "Hazırda reanimasiyada lazımi müalicəsi davam edir. Ancaq vəziyyəti ağır olaraq davam edir" dedi.


Mənbə: BBC news
Tərcümə etdi: Aysel Mirzəyeva

Paylaş
Şərh əlavə et