Diyarbakırda 13 mərtəbəli binada eyni ailədən 4 nəfərin həyatını itirdiyi yanğınla bağlı aparılan istintaq çərçivəsində 4 nəfər saxlanılıb.
Diyarbakır Respublika Prokurorluğu tərəfindən Kayapınar rayonunun Fırat qəsəbəsi, 566-cı küçədə yerləşən binada dünən baş verib və 4 nəfərin həyatını itirdiyi yanğınla bağlı başladılan istintaq davam edir.
İstintaq çərçivəsində binanın podratçısı, idarəçisi, şantiyə rəisi və tikintiyə nəzarət məsul şəxsi saxlanılıb.
Şübhəlilərin polis idarəsindəki əməliyyatları davam edir.
Fırat qəsəbəsi 566-cı küçədə yerləşən 13 mərtəbəli binada dünən baş vermiş yanğından sonra xəstəxanaya yerləşdirilən 17 nəfərdən ana Bircan Çavdar və övladları Yunus Emre, Elif və Zeynəb həyatını itirib.
Mənbə: TRT Haber
Tərcümə etdi: Ayxan Cəfərov
