Bu gün:

Prezident Rəcəb Tayyib Ərdoğan əsgərlərlə bayramlaşıb


Prezident Rəcəb Tayyib Ərdoğan Milli Müdafiə Naziri Yaşar Güləri telefonla zəng edərək Kütahyada yerləşən Hərbi Hava Əsgər Təlim Briqadası heyətinin bayramını təbrik edib.Qurban Bayramının ilk günündə Kütahyaya gedən və bayram namazını Hərbi Hava Əsgər Təlim Briqadasında qılan Milli Müdafiə Naziri Yaşar Gülər və onu müşayiət edən komandanlıq heyəti namazdan sonra əsgərlərlə bayramlaşıb. Prezident Rəcəb Tayyib Ərdoğan da nazir Gülərə telefonla zəng edərək, əsgərlərin bayramını təbrik edib.

Milli Müdafiə Naziri Yaşar Gülər, Prezident Ərdoğanın bayramını təbrik edərkən, Kütahyada yerləşən Hərbi Hava Əsgər Təlim Briqadası ilə bağlı olaraq belə deyib: “Burada qəhrəman əsgərlərimizin ölkəmizin təhlükəsizliyi və əziz millətimizin əmin-amanlığı üçün daim hazır və qətiyyətli olduqlarını böyük məmnuniyyətlə müşahidə etdik. Bu münasibətlə, Türkiyə Silahlı Qüvvələri olaraq bayramınızı ən səmimi arzularımızla təbrik edirik". 


Mənbə: TRT Haber

Tərcümə etdi: Ayxan Cəfərov



Paylaş
Şərh əlavə et