ABŞ-də federal hakim Allison Burrouqhs prezident Donald Tramp-ın Harvard Universitetinə qarşı verdiyi viza məhdudiyyəti qərarını müvəqqəti olaraq dayandırıb.
Tramp-ın fərmanı Fələstinə dəstək aksiyalarından sonra universitetə xarici tələbələrin qəbulunu məhdudlaşdırmağı nəzərdə tutub. Lakin hakim bildirib ki, bu qərar dərhal tətbiq olunsa, Harvard ciddi zərər görə bilər.
Universitet, 5 iyun tarixində imzalanan fərmana qarşı məhkəməyə müraciət edib.
Tramp və Harvard arasında gərginlik
Tramp administrasiyası Fələstinə dəstək aksiyaları və bərabərlik proqramlarını əsas gətirərək, Harvard da daxil olmaqla, bəzi universitetləri federal maliyyəni kəsməklə hədələyib. Hökumət hətta 2,2 milyard dollar vəsaiti və 60 milyon dollarlıq müqavilələri dondurmaq qərarı verib.
Harvard bu addımı qanunsuz hesab edərək məhkəməyə üz tutub. Hakim Burrouqhs isə bu qərarı da müvəqqəti dayandırıb.
Mənbə: TRT Haber
Tərcümə etdi: Ətirə İbayeva
