CNN-ə verdiyi müsahibədə Tramp, Mask haqqında “heç nə düşünmürəm” deyərək, onunla bir müddət danışmayacağını vurğulayıb.

Münasibətlərdəki gərginlik bir gün əvvəl Maskın dövlətlə olan müqavilələrinin ləğv edilə biləcəyini deməsi ilə pik həddə çatıb. Buna cavab olaraq Mask sosial mediada Trampın adının Cefri Epsteynin sənədlərində keçdiyini iddia edib.
Gərginliyin əsas səbəblərindən biri, Trampın irəli sürdüyü yeni vergi və sosial siyasət layihəsinin tənqid olunmasıdır.
Bunu da xatırladaq ki, federal məhkəmə Trampın beynəlxalq tələbələrin Harvard Universitetinə gəlməsinin qarşısını almaq cəhdini dayandırıb.
Mənbə: CNN
Tərcümə etdi: Rəna Qarayeva
