Bu gün:

Donald Tramp ilə İlon Mask arasında münaqişə ictimaiyyətə açıqlanıb


ABŞ-nin sabiq prezidenti Donald Tramp ilə Tesla və X (keçmiş Twitter) rəhbəri İlon Mask arasında gərginlik son günlərdə ictimaiyyətə açıq şəkildə əks olunub.

Son həftə ərzində İlon Mask, Donald Tramp-ın əsas qanun layihəsinə 1000-dən çox səhifədən ibarət olan vergi və xərcləmə qanununa qarşı aktiv lobbiçilik fəaliyyətinə başlayıb. Bu layihənin elektrikli nəqliyyat vasitələrinə verilən vergi güzəştlərini ləğv etməyi nəzərdə tutduğu bildirilir. Mask bu qərara qarşı çıxaraq, layihənin əleyhinə çıxışlar edib.

Donald Tramp isə öz çıxışlarında Tesla rəhbərinə qarşı narazılığını ifadə edib. Bunun ardınca İlon Mask sosial şəbəkələrdə Tramp-a qarşı bir sıra sərt hücumlar edib. O, hətta heç bir sübut göstərmədən iddia edib ki, Tramp mərhum cinayətkar Cefri Epsteyn ilə bağlı açıqlanmamış sənədlərdə adı keçən şəxslər arasında yer alır.


Mənbə: BBC News 

Tərcümə etdi: Zeynəb Yunuszadə

Paylaş
Şərh əlavə et