Yəməndə İranın dəstəklədiyi husilər “Fələstin 2” adlı yüksək sürətli ballistik raketlə İsrailin Ben Qurion Beynəlxalq Hava Limanını hədəfə alıb.

Husilərin Hərbi Sözçüsü Yəhya Seri yazılı açıqlamada məsələ ilə bağlı məlumat verib.
Seri Yəmən Silahlı Qüvvələrinin raket bölməsinin "Fələstin 2" tipli yüksək sürətli ballistik raketlə işğal altındakı Yaffa bölgəsindəki Ben Qurion hava limanını hədəf aldığını bildirib və hücumun müvəffəqiyyətlə hədəfinə çatdığını iddia edib.
Seri qeyd edib ki, hücum milyonlarla sionist işğalçını sığınacaqlara qaçmağa məcbur edib. Hava limanında hava hərəkətini dayandırıb.
Qəzzə və Fələstinə dəstək olduğunu vurğulayan Seri: "Bu mübarək günlərdə Qəzzada və bütün Fələstində müqavimət göstərən səmimi mücahidləri salamlayırıq. Yəmən xalqı, rəhbərliyi və ordusu ilə birlikdə bu hücumlar bitənə və blokada qaldırılana qədər Fələstin xalqının yanındadır",- deyib.
Mənbə: A Haber
Tərcümə etdi: Səyyarə Mirzəyeva
