Bu gün:

Yaponiyada doğum hallarının sayında azalma


Çərşənbə günü dövlət tərəfindən verilən açıqlamaya əsasən Yaponiyada doğum hallarının sayında kəskin azalma var.

Baş nazir Şiqeru İşhiba vəziyyəti ilkin təbil kimi qiybətləndirib. Nazir, həmçinin mühafizəkar və qadınlara qarşı daha sərt olduğu kənd yerlərində evli cütlüklərə iş və valideynlik münasibətlərini tarazlaşdırmağa kömək edəcək daha çevik iş mühiti və digər tədbirləri təşviq edəcəyinə söz verib.

Yaponiya doğum sayının aşağı düşməsi və əhalinin qocalması ilə mübarizə aparan bir sıra Şərqi Asiya ölkələrindən biridir. Cənubi Koreya və Çin illərdir ailələri daha çox uşaq sahibi olmağa təşviq etmək üçün mübarizə aparırlar. Həmçinin çərşənbə günü Vyetnam doğum saylarının azalmasının qarşısını almaq üçün ailələri iki uşaqla məhdudlaşdıran onilliklər boyu tətbiq olunan qanunları ləğv edib.

Mütəxəssislərin fikrincə, gənc nəsil qaranlıq iş perspektivləri, yüksək yaşayış dəyəri, qadınlar və işləyən analar üçün əlavə yüklər yaradan gender yönümlü korporativ mədəniyyət səbəbindən getdikcə daha çox evlənmək və ya uşaq sahibi olmaq istəmir.

Təxminən 124 milyon nəfər olan Yaponiyanın əhalisinin 2070-ci ilə qədər 87 milyona düşəcəyi proqnozlaşdırılır. Qeyd edək ki, hazırda əhalinin 40%-i 65 yaşdan yuxarıdır.

Mənbə: CNN

Tərcümə etdi: Rəna Qarayeva

Paylaş
Şərh əlavə et