Kommunikasiya direktoru Altun sosial media hesabından verdiyi açıqlamada CHP sədri Özgür Özəlin X-dəki paylaşımlarına reaksiya verib.

Altun bunları qeyd edib:
"Cənab Özəl... Tarix boyu millətlə qarşıdurmada olan bir partiyanın sədri kimi 23 ildir girdiyi hər seçkidə millətimizin böyük əksəriyyətinin dəstəyini alan Prezidentimizə “millətə müharibə elan etdiniz” deməyiniz gülüncdür.
Korrupsiya istintaqı zamanı həbs olunanlar bir-bir öz cinayətlərini etiraf etdikləri halda, sizin hələ də bu araşdırmalardan mənəvi üstünlüyünə malik olduğunuzu iddia etməyiniz də eyni dərəcədə acınacaqlıdır. Partiyanızın qurultayında gündəmə gələn şübhələrdən partiyanızın içindən gələn adlar şikayətlənsə də, düşdüyünüz psixoloji savaşı, xaotik vəziyyəti “psixoloji üstünlük” ritorikası ilə ört-basdır etmək cəhdləriniz, təəssüf ki, nəticəsiz qalır.
Millətimiz sizin hansı vəziyyətdə olduğunuzu, nəyi müdafiə etdiyinizi, nəyə qarşı savaşdığınızı çox gözəl görür və bilir. Xalqımız prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğana güvənir. İstədiyiniz qədər ritorikanızla “üstünlük” oyununuzu davam etdirə bilərsiniz. Türk Əsri yolunda millətimizlə əl-ələ verib getməyə davam edəcəyik".
Mənbə: TRT haber
Tərcümə etdi: Ayşən Səlimova
