Türkiyə 2026-2028-ci illər üçün Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasına üzv seçilib.

Türkiyənin BMT-dəki (BMT) Daimi Nümayəndəsi Əhməd Yıldız X sosial media hesabından etdiyi paylaşımda Türkiyənin 2026-2028-ci illər üçün İqtisadi və Sosial Şuraya (ECOSOK) seçildiyini açıqlayıb. Yıldız üzv dövlətlərə göstərdikləri dəstəyə görə təşəkkür edib və seçilən digər ölkələri də təbrik edib.
O qeyd edib: "Qlobal inkişaf gündəmini irəli aparmaq üçün birlikdə işləməyi səbirsizliklə gözləyirik".
Səsvermənin nəticələrinə görə, 174 səslə seçilən Türkiyə Avstraliya, Finlandiya və Norveçlə yanaşı, “Qərbi Avropa və digər dövlətlər” bölməsi üzrə siyahıya daxil edilib.
4-ü Afrika, 4-ü Asiya-Sakit Okean, 3-ü Şərqi Avropa, 3-ü Latın Amerikası və Karib hövzəsindən olmaqla, ümumilikdə 18 ölkə ECOSOK-a üzv seçilib. Seçilmiş ölkələr 2026-cı il yanvarın 1-dən səlahiyyətlərinin icrasına başlayacaqlar.
Mənbə: TRT haber
Tərcümə etdi: Ayşən Səlimova
