Bu gün:

CHP sədri Özgür Özəl haqqında ikinci istintaq


İstanbuldan sonra Ankara Respublika Baş Prokurorluğu da İstanbul Baş prokuroru Akın Gürləkə söylədiyi fikirlərə görə CHP sədri Özgür Özəl haqqında istintaqa başlayıb.

Ankara Respublika Prokurorluğu CHP sədri Özgür Özəlin dünən İstanbul Qaziosmanpaşada keçirdiyi mitinqdə İstanbul Respublika Prokuroru Akın Gürləkə ünvanladığı sözlərin “cinayətə təhrik” və “dövlət məmurunu təhqir və hədələmə” cinayətlərini təşkil etdiyini açıqlayıb.

Respublika Prokurorluğu Özəl haqqında öz təşəbbüsü ilə istintaqa başlayıb. Dünən İstanbul Respublika Prokurorluğu da CHP sədri Özəlin sözləri ilə bağlı araşdırmanın başlandığını açıqlayıb.

Ədliyyə naziri Yılmaz Tunç sosial media hesabından verdiyi açıqlamada deyib:  "Məhkəmə üçün təhlükə qanunun aliliyinə açıq hücumdur".

Mənbə: TRT haber

Tərcümə etdi: Ayşən Səlimova

Paylaş
Şərh əlavə et