Bu gün:

Hinge Z nəslinin narahatlığını etiraf edib


Londonda keçirilən ilk SXSW tədbirində çıxış edən Hinge-in marketinq direktoru Ceki Jantos bildirib ki, Z nəsli tanışlıq tətbiqlərinin necə işlədiyini və məqsədini yaxşı anlayır.

Jantosun sözlərinə görə, bu nəsil rəqəmsal təcrübələrin arxasındakı məqsəd və manipulyasiyaları yaxşı anlayır. O bildirib ki, Hinge istifadəçiləri daha az, lakin daha mənalı söhbətlərə təşviq edir və real münasibətləri gücləndirən təşəbbüslərə dəstək verir.

Tətbiq istifadəçi təcrübəsini yaxşılaşdırmaq və daha yaxşı uğyunluqlar təqdim etmək məqsədilə süni intellektlə işləyən tövsiyə sistemlərini də işə salıb.

Tanışlıq tətbiqlərinin həm istifadəçilər, həm də şirkətlər üçün çətinliklər yaratdığı bu dövrdə, Hinge-in yeni yanaşması sektorda diqqət çəkən bir dəyişiklik kimi qiymətləndirilir.

Tətbiqin qarşılaşdığı digər problemlər və atdığı addımlar barədə Dominik-Madori Deyvisin geniş araşdırmasını platformanın bio hissəsindəki linkdən oxumaq mümkündür.


Mənbə: Techcrunch

Tərcümə etdi: Zeynəb Yunuszadə



Paylaş
Şərh əlavə et