Bu gün:

Coni Ayv və Loren Pauell Cobsun startapı OpenAİ-yə satılıb


Məşhur Apple dizayneri Coni Ayv və investor Loren Pauell Cobsun süni intellekt startapı io, OpenAİ tərəfindən 6.4 milyard dollarlıq müqavilə ilə satın alınıb.

Financial Times-a verdikləri müsahibədə hər iki şəxs texnologiyanın gələcəyi ilə bağlı narahatlıqlarını ifadə edib. Loren Pauell Cobs bildirib ki, “indi açıq şəkildə bilirik ki, bəzi texnologiyaların qaranlıq istifadə yolları var". O, süni intellektin yaratdığı risklərə baxmayaraq, OpenAİ və io-nun aparat sahəsindəki ambisiyalarını dəstəkləyir. Bu isə Apple məhsulları ilə birbaşa rəqabət deməkdir.

Coni Ayv isə qeyd edib ki, “müasir texnologiyanın bəzi mənfi nəticələri təsadüfi olsa da, özümü məsul hiss edirəm. Bu məsuliyyət faydalı olmağa çalışmaq əzmi ilə təzahür edir".

Texnologiyanın inkişafı və etik məsələlər yenidən gündəmə gəlib.


Mənbə: Techcrunch 

Tərcümə etdi: Zeynəb Yunuszadə

Paylaş
Şərh əlavə et