Greenpeace fəalları Parisdəki məşhur Qrevin Muzeyindən Fransa prezidenti Emmanuel Makronun mum heykəlini “borc götürərək” Rusiya ilə enerji əlaqələrinə etiraz ediblər. Fəallar 40 min avro dəyərində olan heykəli Rusiya səfirliyinə aparıb, daha sonra EDF binasının qarşısına qoyublar. Aksiya zamanı “Putin-Makron radioaktiv müttəfiqləri” yazılmış lövhə diqqət çəkib. Daha sonra heykəl muzeyə qaytarılıb.
Ətraf Mühit Hüquqları Qrupu Greenpeace bazar ertəsi Fransanın paytaxtı Parisdəki bir muzeydən "borc aldığını" bildirən prezident Emmanuel Makronun mum heykəlini geri qaytardığını açıqlayıb.
Greenpeace fəalları Ukraynada üç ildən çox davam edən müharibə kontekstində Fransanın Rusiya ilə iqtisadi əlaqələrinə etiraz etmək üçün Grevin Muzeyindən Makronun heykəlini oğurlayıblar. Muzeydən götürülən heykəl simvolik etiraz olaraq Rusiya səfirliyinin qarşısına gətirilib. Fəallar təxminən 40.000 avro dəyərində olan mum heykəlini qutuya yerləşdirərək Fransanın ən böyük elektrik paylayıcı şirkəti olan EDF-nin qərargahına gətirib və pankartla etirazlarını davam etdiriblər. Sözügedən pankartda “Putin-Makron radioaktiv müttəfiqləri” sözləri yer alıb. Polis bildirib ki, həm qutu, həm də mum fiqur Grevin Muzeyinə qaytarılmadan əvvəl qorunub, saxlanılıb.
Mənbə:Cnn türk
Tərcümə etdi:Çimnaz Həmzəliyeva
