Vaşinqton - ABŞ Konqresinin Büdcə İdarəsinin (CBO) 4 iyun tarixində açıqladığı hesabatına əsasən, Respublikaçıların qəbul etdiyi genişmiqyaslı vergi və xərclər paketinin yaxın 10 il ərzində dövlət büdcəsini 2.4 trilyon dollar artıracağı gözlənilir.

Bu qanun layihəsi ötən ay Nümayəndələr Palatasında çətinliklə qəbul edilsə də, indi Senatda onun taleyi müzakirə mövzusudur.
Bəzi Respublikaçı senatorlar büdcə kəsirinə təsiri ilə bağlı narahatlıqlarını bildirərək daha dərin xərclərin azaldılmasını tələb edir. Digərləri isə xüsusilə Medicaid (dövlət tibbi sığorta proqramı) daxil olmaqla sosial təminat sahəsindəki ixtisarların miqyasından narahatdır.
CBO-nun hesabatı, həmçinin milyarder İlon Maskın layihəyə yönəltdiyi sərt tənqidlərini gücləndirir. O bu paketin ölkəni müflis edəcəyini deyərək sosial platforma X-də belə yazıb:
“Bağışlayın, artıq dözə bilmirəm. Bu ölçüsüz və israf dolu qanun layihəsi iyrənc və utancvericidir. Konqres Amerikanı müflis edir.”
Qanun layihəsi hazırda Senatda dəyişiklik mərhələsindədir. Lakin istənilən düzəlişlərin sonradan yenidən Nümayəndələr Palatasından keçməsi tələb olunur. Con Tun bu prosesi sürətləndirərək sənədi iyulun 4-dək Prezident Donald Trampın imzasına göndərməyi planlaşdırır.
Mənbə: CNN
Tərcümə etdi: Rəna Qarayeva
