Bu gün:

DeepSeek Gemini ilə öyrədilib?


DeepSeek-in yeni R1 modelinin Google-un Gemini sistemi ilə öyrədildiyinə dair sübutlar tapıldığı bildirilib. 

Şirkət məlumat mənbələrini gizli saxlasa da, bu ilk iddia deyil. Keçən il də oxşar şəkildə, əvvəlki modellərin ChatGPT söhbət qeydləri ilə öyrədildiyi irəli sürülüb. 

Bəzi mütəxəssislər bu oxşarlıqların açıq internetdəki məlumatlardan qaynaqlandığını desə də, Sİ2 İnstitutundan Nathan Lambert fərqli fikirdədir:

“Əgər mən DeepSeek olsaydım, Gemini kimi güclü bir modeldən sintetik məlumat yaradardım. Onların GPU-ları az, pulu isə çoxdur – bu da daha çox hesablama imkanı deməkdir”.

DeepSeek bu iddialarla bağlı hələlik heç bir açıqlama verməyib.

Mənbə: Techcrunch

Tərcümə etdi: Zeynəb Yunuszadə

Paylaş
Şərh əlavə et