İsrailin Qəzza zolağında tonlarla partlayıcı ilə binaları sökməsi səsinin, hətta İsrailin mərkəzində də eşidildiyi bildirilir.

İsrailin dövlət televiziyası KAN bildirib ki, Qəzzada 9 tona qədər partlayıcı yüklənmiş zirehli transportyorlar tərəfindən binaların dağıdılması nəticəsində “qeyri-adi” partlayış səsləri eşidilib.
Xəbərdə Qəzzada baş verən partlayışların bəzi israillilərin də hiss etdiyi sarsıntılara səbəb olduğu bildirilib.
Hökumətin Qəzzadakı media ofisinin may ayının sonunda verdiyi məlumata görə, İsrailin soyqırım müharibəsi nəticəsində Qəzza zolağında dağıntılar 88 faizə çatıb.
BMT-nin hesablamalarına görə, İsrailin Qəzza zolağında apardığı müharibədə dağıdılan ərazilərin bərpasına ümumi xərc 40 milyard dollardır.
Mənbə: TRT haber
Tərcümə etdi: Ayşən Səlimova
