Bu gün:

İsrailin Suriyaya yeni hücumu


İsrail ordusu Suriyanı artilleriya atəşinə tutmağa başladığını açıqlayıb. Hərbi əməliyyat Suriyadan atılan raketlərə əsaslanıb.

İsrailin müdafiə naziri Yisrael Katz Colan təpələrinə düşən iki raketdə Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaranı günahlandırıb.

İsrail mediası 2024-cü il dekabrın 8-də Bəşər Əsəd rejiminin sona çatmasından sonra ilk dəfə çərşənbə axşamı Suriyadan raketlərin atıldığını bildirib.

İsrail ordusu raket hücumları səbəbilə Qolan təpələrinin cənubunda sirenlərin çalındığını, açıq əraziyə düşən raketlərin heç bir itki və dağıntıya səbəb olmadığını açıqlayıb.

Suriya Xarici İşlər Nazirliyi İsrailin hücumlarının "əhəmiyyətli can və mal itkisinə səbəb olduğunu" açıqlayıb və ölkədən İsrailə raket atıldığına dair xəbərləri təkzib edib.

Mənbə: A haber

Tərcümə etdi: Aysel Mirzəyeva

Paylaş
Şərh əlavə et