Bu gün:

Qirt Vilders koalisiyanı tərk edib


Hollandiya hazırda ciddi siyasi böhran yaşayır. Ölkənin sağçı Azadlıq Partiyasının (PVV) lideri Qirt Vilders koalisiya hökumətindən geri çəkildiyini elan edib. Onun bu qərarı nəticəsində, cəmi bir il əvvəl qurulmuş koalisiya hökuməti dağılıb.

Qirt Vilders-in qərarı Hollandiyada mövcud siyasi sabitliyi pozub və növbədənkənar parlament seçkiləri ehtimalını gündəmə gətirib. Hazırda siyasi partiyalar arasında yeni koalisiya formalaşdırılması və ya seçkilərin təyin olunması ilə bağlı müzakirələr davam edir.

BBC-nin məlumatına görə, Vilders-in niyə belə qəfil qərar verdiyi hələlik rəsmi şəkildə açıqlanmayıb. Müşahidəçilər bu addımın arxasında daxili fikir ayrılıqları və koalisiyanın qarşılaşdığı idarəetmə çətinliklərinin dayandığını ehtimal edirlər.

Yeni prosesin ölkənin daxili və xarici siyasətinə necə təsir göstərəcəyi yaxın günlərdə daha da aydınlaşacaq.


Mənbə: BBC News 

Tərcümə etdi: Zeynəb Yunuszadə


Paylaş
Şərh əlavə et