Bu gün:

Ruslar kosmosa süni intellekt modeli göndərəcək


Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) rəhbəri Dmitri Bakanov Sberbank tərəfindən hazırlanmış GigaChat süni intellekt modelini Beynəlxalq Kosmik Stansiyaya (BKS) göndərəcəklərini açıqlayıb.


Bakanov Rusiyanın Nijni Novqorod şəhərində keçirilən “CIPR 2025” konfransında çıxış edib.

Rus kosmonavtlarının süni intellektlə dəstəklənəcəyini açıqlayan Bakanov, "İSS-ə GigaChat göndərəcəyik. Növbəti insanlı kosmos səfəri payızda, daha sonra martda olacaq. Bunu payıza qədər bitirmək istəyirik" dedi. 

Rusiyanın ən böyük bankı Sberbank tərəfindən 2023-cü ildə hazırlanmış süni intellekt modeli olan GigaChat ChatGPT-yə Rusiya alternativi olaraq görülür.

Mənbə:Cnn türk

Tərcümə etdi:Çimnaz Həmzəliyeva

Paylaş
Şərh əlavə et