ABŞ-in Federal Təhqiqat Bürosu (FBI), Kolorado ştatının Boulder şəhərində baş verən və 12 nəfərin xəsarət alması ilə nəticələnən hücumun “qəsdən törədilmiş zorakılıq aktı” olduğunu bildirib. Hadisə hazırda terror aktı kimi araşdırılır.
Rəsmilərin məlumatına görə, hücum zamanı əlinə molotov kokteylləri alan şəxs insanları yandırmağa cəhd edib. Hücumda şübhəli bilinən şəxs, Mohamed Sabry Soliman, federal səviyyədə nifrət cinayəti və ştat qanunlarına əsasən 16 dəfə adam öldürməyə cəhd maddələri ilə ittiham olunur.
Hadisənin motivləri və təfərrüatları ilə bağlı araşdırmalar davam etdirilir.
Mənbə: BBC News
Tərcümə etdi: Zeynəb Yunuszadə
