Bu gün:

Haribo konfetlərində narkotik aşkarlanıb


Hollandiyada başlayan qida təhlükəsizliyi böhranı Belçika və Lüksemburqa da siraət edib. Məşhur qənnadı brendi Haribo bəzi məhsullarında marixuana aşkar edildikdən sonra üç ölkədə "Happy Cola F!ZZ" konfetlərinin eyni partiyasını təcili olaraq geri çağırıb.

İlk xəbərdarlıq Hollandiyanın Tvente bölgəsindən gəlib. Bir neçə uşaq və bir ailədən olan bir qadın Haribo konfetini qəbul etdikdən sonra xəstələndikdən sonra hadisə barədə polisə məlumat verilib. Sürətli müayinə zamanı konfetin tərkibində marixuana olduğu müəyyən edilib. Tapıntılar dərhal Hollandiya Qida və İstehlak Mallarının Təhlükəsizliyi Təşkilatına (NVWA) ötürülüb.

Haribo verdiyi açıqlamada vəziyyətin "son dərəcə ciddiyə alındığını" söyləyib. Geri çağırma yalnız istehsal kodu L341-4002307906 olan, kiloqramlarla qablaşdırılan və son istifadə tarixi 2026-cı ilin yanvarına qədər olan məhsulları əhatə edib. Eyni partiyadan olan məhsulların Belçika və Lüksemburqda da satıldığı müəyyən edildikdən sonra bu ölkələrdə də oxşar geri çağırma prosesinə başlanılıb.

Belçikadakı istehlakçılardan malları aldıqları mağazaya deyil, bank hesablarının rekvizitləri ilə birlikdə birbaşa Haribonun Kontiçdəki ofisinə göndərmələri xahiş olunub. Şirkət paketi qaytaran müştərilərə pulun geri qaytarılacağını bildirib.


Mənbə: Haber Global

Tərcümə etdi: Səyyarə Mirzəyeva

Paylaş
Şərh əlavə et