Bu gün:

Alton Tovers qəzasının ildönümü qeyd olunub


“The Smiler” rollerkoster-də baş vermiş ağır qəzadan 10 il keçib. Yaralanan Leah Vaşinqton və Coe Pugh xilasedicilərin həyatlarını xilas etdiyini bildiriblər.

2015-ci ildə baş verən qəza nəticəsində 17 yaşlı Leah-ın ayağı amputasiya edilib, 18 yaşlı Coe isə diz qapaqlarının sınığı və barmaqlarında ciddi zədələrlə xəstəxanaya yerləşdirilib. Hadisə zamanı ümumilikdə 16 nəfər xəsarət alıb.

Hazırda evli olan cütlük bildirib ki, vaxtında göstərilən tibbi müdaxilə olmasaydı, bu gün sağ qalmaq mümkün olmayacaqdı.

 “Əgər hava təcili yardım xidməti və digər xidmətlər olmasaydı, bu gün burada olmazdım”, – deyə Leah Vaşinqton-Pugh qeyd edib.

Hadisənin ildönümündə Leah və Coe qəza zamanı göstərilən fövqəladə xidmətləri minnətdarlıqla xatırlayıblar.


Mənbə: Techcrunch 

Tərcümə etdi: Zeynəb Yunuszadə

Paylaş
Şərh əlavə et