Rusiyanın Ukrayna ilə həmsərhəd qərb bölgələrində körpü uçub, qatar relsdən çıxıb. Ölən və yaralananlar var. Bryanskda körpünün şənbə günü axşam saatlarında sərnişin qatarına aşması nəticəsində 7 nəfərdən çox insan həlak olub.
Bazar günü səhər Bryansk və Kurskda qatarların iştirakı ilə baş verən iki insidentin bir-biri ilə əlaqəli olub-olmaması və ya ayrı-ayrı səbəblərdən baş verib-vermədiyi hələlik məlum deyil.
RİA-nın məlumatına görə, qatar Klimov şəhərindən paytaxt Moskvaya gedərkən körpünün dağıntılarına çırpılıb və relsdən çıxıb.

Bryansk vilayətinin qubernatoru Aleksandr Boxomaz Telegram-da bildirib ki, qatarda 388 sərnişin olub. Qəza nəticəsində 44 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan üçünün vəziyyəti ağırdır.
Rusiyanın dövlət mediası RİA Novosti-yə istinadən xəbər verir ki, insident nəticəsində ölənlər arasında qatarın mühəndisi də var.
Moskva Dəmir Yolu çökmənin "nəqliyyat əməliyyatlarına qeyri-qanuni müdaxilə" nəticəsində baş verdiyini bildirib.
Mənbə: CNN
Tərcümə etdi: Rəna Qarayeva
