Keçmiş əsgər və akademik, DEVA Partiyasının qurucu üzvü Metin Gürcan “dövlətin təhlükəsizliyi və siyasi faydaları üçün mahiyyətinə görə məxfi qalmalı olan məlumatları əldə etmək” ittihamı ilə 16 il 8 ay həbs cəzasına məhkum edilib.

Ankara 26-cı Ağır Cəza Məhkəməsində xarici nümayəndəlik nümayəndələrinə casusluq ittihamı ilə mühakimə olunan Mətin Gürcanın məhkəməsində hökm elan edilib.
Gürcan haqqında hazırlanan iddianamədə Mətin Gürcanın Türkiyənin Suriya və İraqdakı hərbi əməliyyatları, bu bölgələrdəki müşahidə məntəqələri, hərbi birliklər və bu birliklərin hərəkətliliyi, Türkiyənin Liviyadakı hərbi gücü və fəaliyyəti, Türkiyənin bəzi ölkələrdə yerləşən hərbi birləşmələri, Türkiyə AV və ABŞ-nin xarici siyasəti və onların məzmunu ilə bağlı keçirdiyi toplantılar, Türkiyə AV və ABŞ-nin hazırladığı məlumatlar kimi bir çox həssas mövzuları pul qarşılığında xarici missiya nümayəndələrinə verdiyi bildirilib.
Ankara Respublika Baş Prokurorluğu tərəfindən 2021-ci ildə “casusluq cinayəti” ilə bağlı başladılan məhkəmə prosesi çərçivəsində Mətin Gürcan ilk dəfə 26.11.2021-ci ildə İstanbulda saxlanılıb. Polis və prokurorun dindirmələrindən sonra o, Ankara 6-cı Sülh Cəza Məhkəməsi tərəfindən 29.11.2021-ci il tarixdə "siyasi və ya hərbi casusluq məqsədilə dövlət məxfi məlumatları əldə etmə" cinayətindən həbs edilərək həbsxanaya göndərilib.
2022-ci ildə məhkəmə nəzarəti şərti ilə həbs olunmadan mühakimə olunmasına qərar verilən Mətin Gürcan TC 5202-ci CM-nin 328-ci maddəsinə əsasən “Siyasi və ya hərbi casusluq məqsədi ilə sirr saxlamalı olan məlumatı zəncirlənmiş şəkildə əldə etmək” cinayətinə görə 16 il 8 ay həbs cəzasına məhkum edilib. Həmin gün Sincan 2 saylı L Tipi Qapalı Cəza Müəssisəsinə köçürülüb.
Mənbə: A haber
Tərcümə etdi: Aysel Mirzəyeva
