Bu gün:

Xrizantopulosdan Türkiyəyə qarşı sərt açıqlama


Yunanıstanın İstanbuldakı keçmiş baş konsulu Leonidas Xrisanthopulos Türkiyəni və Prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alan açıqlama verib. O, Afina hökumətinin Hindistanla yeni hərbi əməkdaşlığa başladığını bəyan edib.

Hindistanda nəşr olunan “The Sunday Guardian” qəzetinə müsahibə verən Yunanıstanın İstanbuldakı keçmiş baş konsulu Leonidas Xrizantopulos iki ölkənin – Yunanıstan və Hindistanın Aralıq dənizi və Egey dənizində ortaq hərbi təlimlər keçirməklə Türkiyəyə mesaj vermək niyyətində olduğunu bildirib. Müsahibəsi zamanı o, diplomatik etika çərçivəsini aşan ifadələr işlədib.

Xrizantopulos Yunanıstanın Hindistanla yeni hərbi əməkdaşlıq qurmağa hazırlaşdığını bəyan edərkən, Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğana qarşı tənqidi açıqlamalar verib.

O, Türkiyənin regionda artan təsirini qəbul etsə də, onu “revizionist qüvvə” adlandırıb. Keçmiş diplomat Ukrayna böhranında balanslı mövqe sərgiləyən, güclü müdafiə sənayesi ilə seçilən Türkiyənin xüsusilə Liviya və Sudanda hərbi mövcudluğunu artırmaqla Afrikadakı təsirini genişləndirdiyini vurğulayıb və bunu tənqid edib. O, həmçinin Ankaranı beynəlxalq razılaşmaları təhrif etməkdə ittiham edib.

Türkiyə-Yunanıstan münasibətləri ilə bağlı sualları cavablandıran Xrizantopulos “münasibətlərin yaxşı olmadığını” deyib və Şimali Kipri “Türkiyə işğalı altında” adlandıraraq gərginliyi artırıb.

Mənbə: Haber Global

Tərcümə etdi: Səyyarə Mirzəyeva

Paylaş
Şərh əlavə et