Bu gün:

Donald Trampın Harvardla mübarizəsi uzun sürəcək


Donald Tramp Oval kabinetdə jurnalistlərə bildirib ki, "Harvard özünü düzgün ifadə etməlidir". Onun sözlərinə görə, universitet ölkəyə qarşı böyük hörmətsizlik nümayiş etdirir və bu davranışlar getdikcə daha da ciddi xarakter alır.

Əvvəlki administrasiyaların tədqiqat qrantlarının 3 milyard dollardan çoxunu dondurmaq və xarici tələbələrin Harvardda təhsilini dayandırmaq cəhdləri Trampın göstərişləri ilə birlikdə, Amerikanın ən nüfuzlu və varlı universitetlərindən birinə qarşı açıq hücum kimi qiymətləndirilir.

Bəzi məhkəmə etirazları bu addımların ləğvinə səbəb olsa da, bir çox tədbir artıq həyata keçirilib və bunun təsiri Amerika ali təhsilində hiss olunmağa başlayıb.

Amerika Universitet Professorları Assosiasiyasının prezidenti Qreq Volfson deyir: "Onlar hər gün çox şey edirlər, ancaq bəzilərini gizli şəkildə həyata keçirirlər". O əlavə edib: "Amma daha vacibi, onlar mədəniyyəti dəyişirlər. İnsanların düşüncə tərzinə təsir edirlər". 

Mənbə: BBC News

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et