Bu gün:

Çin kosmosa asteroid zondu göndərəcək


Çin Tienvin-2 asteroid kəşfiyyat vasitəsini kosmosa göndərəcəyini açıqlayıb.

Çin Kosmik Agentliyindən verilən açıqlamaya görə, rover Yerə yaxın olan “2016HO3” asteroidindən nümunələr toplayacaq və Mars və Yupiter arasındakı əsas asteroid qurşağında olan “311P” peyki araşdıracaq.

"Tienvin-2" kəşfiyyat aparatı mayın 29-da Sıçuan əyalətindəki Xichang Peyk Mərkəzindən "Uzun Yürüş-3B Y110" raketi ilə buraxılacaq.

2016-cı ildə ABŞ-nin Havay adalarında Pan-STARRS Teleskopu tərəfindən kəşf edilən 2016HO3 asteroidi Yerdən milyonlarla kilometr uzaqda olmasına baxmayaraq, kvazi-peyk xüsusiyyətləri nümayiş etdirir.

2013-cü ildə Amerika astronomları tərəfindən kəşf edilən 311P peyki əsas asteroid qurşağında yerləşməsinə baxmayaraq, həm asteroid, həm də peyk xüsusiyyətlərini nümayiş etdirən anomaliya kimi tanınır.

Bildirilib ki, bu göy cisimlərinin tədqiqi kiçik kosmik cisimlərin tərkibi, quruluşu və təkamülü ilə bağlı yeni məlumatlar təqdim etməklə Günəş Sistemini anlamaqda yaranan boşluqları doldurmağa kömək edəcək.

Mənbə:Cnn türk

Tərcümə etdi:Çimnaz Həmzəliyeva

Paylaş
Şərh əlavə et