Bu gün:

Nazir Hakan Fidan Rusiya prezidenti Putinlə görüşüb


Xarici İşlər Naziri Hakan Fidan Rusiyaya səfəri çərçivəsində paytaxt Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

 Moskvada görüşlər keçirən Xarici İşlər Naziri Hakan Fidan Rusiya prezidenti Vladimir Putin tərəfindən qəbul edilib. O, İstanbulda Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edən Vladimir Medinskini paytaxt Moskvada qəbul edib. Həmçinin Nazir Rusiya-Türkiyə Biznes Assosiasiyasının Direktorlar Şurasının üzvləri və Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinlə də görüş keçirəcək. Əlavə olaraq, Hakan Fidanın Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovla da görüşü gözlənilir.

Mənbə: TRT HABER

Tərcümə etdi:Səmayə Səftərova

Paylaş
Şərh əlavə et