Bu gün:

Kreml hamının emosional davrandığını iddia edir


Donald Tramp Rusiyanın Ukraynaya etdiyi son hücumundan sonra Rusiyanı qınayıb:

“Mənim həmişə Rusiya və Vladimir Putin ilə yaxşı münasibətim olub ancaq ona sanki nəsə olub. O tamamilə dəli olub. Lüzumsuz halda saysız insanları qətlə yetirir. Mən əsgərlərdən danışmıram. Raket və dron hücumları ucbatından ölən insanlar haqqında danışıram”- deyə öz sosial media hesabı Truth Socialda paylaşım edib. 

Tramp həmçinin Ukrayna prezidenti Zelenski haqqında da paylaşım edib. Trampın sözlərinə görə Zelenskinin sadəcə danışıqlar aparmasının heç bir nəticəsi yoxdur. 

Buna baxmayaraq Kremlin cavabı çox nəzakətli olub. Rusiya höküməti Trampın Ukrayna ilə danışıqlara səy göstərdiyi üçün ona təşəkkür edib və əlavə edib ki, bu emosional dəstək baxımından çox mühüm addımdır. 

Qeyd edək ki, ötən gecə Rusiya Ukraynaya 367 dron və raket hücumu edərək 2022-ci ildən bu yana Ukraynaya qarşı ən böyük hava hücumlarından birini edib. Hücum ucbatından ölənlərin sayı 12-ə çatıb. 


Mənbə: BBC

Tərcümə etdi: Rəna Qarayeva

Paylaş
Şərh əlavə et