Bu gün:

Qəzzada ölənlərin sayı 44.612 nəfərə çatıb


Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 427 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib.

İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayının 44 min 580 nəfərə, yaralı sayının isə 105 min 739 nəfərə yüksəldiyi qeyd edilib. İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində son 24 saatda həyata keçirdiyi “üç qırğın”da 32 nəfərin həyatını itirdiyi, 95 nəfərin isə yaralandığı bildirilib.

Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin İsrail qüvvələrinin yaratdığı maneələr səbəbilə tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.


Mənbə:A haber

Tərcümə etdi: Aysel Mirzəyeva

Paylaş
Şərh əlavə et