ABŞ-nin müxtəlif bölgələrində insanlar polis zorakılığı nəticəsində həyatını itirən Corc Floydun beşinci ildönümünü qeyd ediblər. Floydun böyüdüyü Hyuston şəhərində və ölümünün baş verdiyi Minneapolisdə anım mərasimləri keçirilib.
2020-ci ildə Minneapolisdə ağdərili polis zabiti Derek Şouvin tərəfindən öldürülən qaradərili Floydun ölümü, ABŞ-də irqi ayrı-seçkilik və polis zorakılığına qarşı genişmiqyaslı etirazlara səbəb olub. Bu hadisə qlobal miqyasda "Black Lives Matter" (Qaradərililərin Həyatı Dəyərlidir) hərəkatının güclənməsinə təkan verib.
Bazar günü Floydun ailəsi onun vətəni Hyustonda yerləşən qəbristanlıqda anım mərasimi təşkil edib. Mərasimə tanınmış hüquq müdafiəçisi və din xadimi Al Sharpton rəhbərlik edib. Eyni zamanda Minneapolisdə bir neçə xatirə tədbiri keçirilib.
Associated Press-in məlumatına görə, minlərlə insan, o cümlədən polis islahatını dəstəkləyənlər və vətəndaş hüquqları fəalları ildönümünü qeyd etmək üçün toplaşıblar.
Mənbə: Techcrunch
Tərcümə etdi: Zeynəb Yunuszadə
