Bu gün:

Yəhudilər Əl-Əqsa məscidinə basqın ediblər


İsrailin Şərqi Qüdsü işğalının 58-ci ildönümünü qeyd etmək üçün yüzlərlə fanatik yəhudinin İsrail polisinin himayəsi altında Məscidül-Əqsaya basqın etdiyi bildirilib.Qüds İslam Vəqf Qurumundan verilən yazılı açıqlamada İsrail polisinin himayəsi altında indiyədək 880 fanatik yəhudinin işğal altındakı Şərqi Qüdsün Köhnə Şəhərdə yerləşən Əl-Əqsa məscidinə basqın etdiyi bildirilib.

Fələstinin rəsmi agentliyi WAFA bildirib ki, fanatik yəhudilər Məscidül-Həramın içərisində İsrail bayrağını açıb “dini ayinlər” icra ediblər.

Xəbərdə bəzi yəhudilərin Tövrat vərəqləri ilə Məscidül-Əqsaya girməyə cəhd etdiyinə diqqət çəkilərək minlərlə fanatik yəhudinin Hərəmi-Şərif ətrafında və onun qapılarında, xüsusilə Buraq divarı (Ağlama) bölgəsində bayram və mərasimlər təşkil etdiyi vurğulanıb.

İfrat sağçı fanatik yəhudi qrupları 1967-ci ildə İsrailin Şərqi Qüdsü işğal etməsi münasibətilə İbrani təqviminə görə hər il təxribat xarakterli “bayraq yürüşləri” keçirib. 

Bu yürüşdə minlərlə fanatik yəhudi fələstinlilərin çoxluq təşkil etdiyi Şərqi Qüdsün Köhnə Şəhər ərazisindən keçib.

Mənbə: Haber Global

Tərcümə etdi: Səyyarə Mirzəyeva

Paylaş
Şərh əlavə et