Perunun İquitos şəhərinin Belen bölgəsində Muyuna Festivalı çərçivəsində “üzən kino” tədbiri keçirilib.
Perunun Amazon tropik meşələrində ilk “üzən” kinofestival olaraq, Muyuna Festivalı audiovizual hekayələrin yaradılması və yayılması vasitəsilə dünya meşələrinin qorunmasını təşviq edir. Bundan əlavə, bu meşələrdə yaşayanların mədəni mövqelərini gücləndirmək məqsədi daşıyır. Festival iştirakçıları qayıqlarla su üzərində filmlərə baxıblar.
Mənbə:Cnn türk
Tərcümə etdi:Çimnaz Həmzəliyeva
