Bu gün:

Rusiyadan Ukraynaya ən böyük hava hücumu


Rusiyanın Ukraynaya qarşı indiyədək həyata keçirdiyi ən genişmiqyaslı hava hücumu nəticəsində azı 14 nəfər, o cümlədən 3 uşaq həlak olub, onlarca insan yaralanıb.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, şənbə günü axşam saat 20:40-dan etibarən Rusiya müxtəlif növ 367 raket və pilotsuz uçuş aparatı (PUA) ilə hücumlar həyata keçirib.

Ukrayna qüvvələri 45 qanadlı raketi və 266 PUA-nı məhv etdiklərini bildiriblər.

Prezident Volodimir Zelenski bu hücumları “vəhşilik” adlandıraraq Rusiyanın dayandırılması üçün güclü beynəlxalq təzyiqin vacibliyini vurğulayıb.

Rusiya Müdafiə Nazirliyi isə hərbi hava limanları, sursat anbarları və elektron müharibə stansiyalarının hədəf alındığını və 142 bölgədə zərər vurulduğunu iddia edib.

Ukraynanın Daxili İşlər naziri İqor Klimenko bildirib ki, 13 bölgə hücuma məruz qalıb, 60-dan çox insan yaralanıb, 80 yaşayış binası zədələnib və 27 yanğın qeydə alınıb.

Mənbə: BBC

Tərcümə etdi: Rəna Qarayeva

Paylaş
Şərh əlavə et