Bu gün:

İtaliyada "Qəzzaya 50 min kəfən" etirazı


Qəzzada insan itkisinə diqqət çəkmək üçün İtaliyanın bir çox şəhərində ağ vərəq etirazları başlayıb.

Milan, Florensiya və Boloniya kimi bir çox şəhər və qəsəbələrdə, eləcə də paytaxt Romada kəfən simvolu olaraq eyvan və pəncərələrə ağ çarşaflar və örtüklər asılırdı.Kampaniyaya rəhbərlik edənlər Qəzzada İsrailin hücumlarında həlak olanların sayına görə 50 000 vərəq asmağı hədəfləyirlər. 

Bələdiyyə sədri Sara Funaro da sosial mediada Florensiya meriyasının binası olan Palazzo Vecchio-da asılmış ağ parçanı paylaşıb."Heç kim Netanyahu hökumətinin ehtiyatsız hərəkətlərinə biganə qalmamalıdır. Şəhərimiz həmişə sülh, hüquq və insan ləyaqətinin tərəfdarı olacaq", - Funaro bildirib.


Mənbə: BBC NEWS

 Tərcümə etdi: Səmayə Səftərova

Paylaş
Şərh əlavə et