Prezident Rəcəb Tayyib Ərdoğan türk ədəbiyyatının önəmli simalarından olan Necip Fazıl Kısakürəkin vəfatının 42-ci ildönümü ilə əlaqədar sosial media hesabından paylaşım edib. Ərdoğan paylaşımında əsərləri, ideyaları, üfüqləri və mübarizə əzmi ilə hələ də kütlələrə təsir edən və istiqamətləndirən Ustadı Necip Fazılın ölümünün 42-ci ildönümündə rəhmətlə andığını bildirib.

Sosial media hesabından paylaşım edən Ərdoğan, Necip Fazılın hələ də ideyaları və əsərləri ilə kütlələrə təsir etdiyini bildirib və bu açıqlamaları verib:
"Əsərləri, ideyaları, üfüqləri, mübarizə əzmi ilə bu gün də kütlələrə təsir edən və istiqamətləndirən Necip Fazıl Ustadı vəfatının 42-ci ildönümündə hörmətlə yad edirəm. Allah rəhmət eləsin, ustadımıza..."
Mənbə: A haber
Tərcümə etdi: Aysel Mirzəyeva
