Fransada bir fermer təsərrüfatında qızıl külçələri tapıb. Qısa araşdırmadan sonra məlum olub ki, torpağın altında təxminən 3 milyard avro dəyərində, 150 ton qızıl var.
Lakin bu sevinc uzun çəkməyib. Fransanın qanunlarına görə, şəxsi torpaq sahəsində olan bütün yeraltı sərvətlər, o cümlədən qızıl dövlətə məxsusdur. Yəni fermer bu sərvətdən rəsmi olaraq heç nə əldə edə bilməz. Onun ümid edə biləcəyi yeganə şey cibində gizlədə bildiyi qədərini saxlamasıdır.
Bu xəbər ətrafda ildırım sürətilə yayılıb. Nəticədə qonşu sahələrin qiymətləri bir anda yüksəlib. Hamı ümid edir ki, bəlkə onların torpağının altında da oxşar xəzinə gizlənib. Beləliklə, bir fermerin təsadüfi kəşfi bütün bölgəni dəyişib – bir az xəyal, bir az tamah və çoxlu suallar doğuraraq.
Mənbə: Another History
Tərcümə etdi: Səid Quliyev
