Bu gün:

Prezident Ərdoğan Əhməd Şara ilə görüşüb


Prezident Rəcəb Tayyib Ərdoğan Suriya Prezidenti Əhməd Şara ilə Dolmabahçe İş Ofisində görüşüb. Prezident Ərdoğan Suriya prezidenti Şaranı Dolmabahçe ofisində rəsmi mərasimlə qarşılayıb.

İclasda xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, MİT sədri İbrahim Kalın, Müdafiə Sənayesi sədri Haluk Görgün, Suriya xarici işlər naziri Esad Həsən Şeybani və bəzi digər rəsmilər də iştirak edib.

Görüş mətbuata qapalı keçirilib.


Mənbə: TRT Haber

Tərcümə etdi: Asiman Vəliyeva

Paylaş
Şərh əlavə et