Bu gün:

SpaceX-in Starship roketi yenidən buraxılışa hazırdır


SpaceX şirkətinin Starship raketi ardıcıl iki partlayışdan sonra doqquzuncu sınaq uçuşu üçün yenidən buraxılış icazəsi alıb. Lakin təhlükəsizlik məqsədilə buraxılış ərazisinin ətrafındakı risk zonası iki dəfə genişləndirilərək 1600 dəniz milinə (təxminən 2960 km) çatdırılıb.

Əvvəlki iki sınaq uçuşunun partlaması hava yollarını pozduğu üçün yeni testlər yalnız səfər saatlarının kənarında keçiriləcək.

Starship proqramı uzunmüddətli olaraq Marsa insan göndərməyi hədəfləyir. Qısamüddətli məqsəd isə Starlink peyklərinin yerləşdirilməsini və NASA ilə ABŞ Müdafiə Nazirliyinin layihələrində istifadə imkanlarının artırılmasını əhatə edir.

Mənbə: Techcrunch

Tərcümə etdi: Zeynəb Yunuszadə

Paylaş
Şərh əlavə et