Bu gün:

“Zamanı geriyə aparan" güzgü


Teorik fiziklər uzun illərdir “zaman güzgüsü” kimi tanınan zaman əksinin real bir təcrübədə sübut ediləcəyinə ümid edirdilər. Adətən güzgüyə baxıldıqda işıq səthdən əks olunaraq insanın öz üzünü görməsinə səbəb olur. Lakin zaman güzgüsündə bir növ “zaman əksi” yaradılır. Bu fikir indi ilk dəfə aydın və real bir təcrübə ilə sübut olunub.Nyu-Yorkdakı "CUNY Graduate Center"in Elmi Tədqiqatlar üzrə İrəliləyiş Mərkəzindən Dr. Hüseyn Moussanın rəhbərlik etdiyi bir qrup zaman güzgüsü effekti yaratmaq üçün xüsusi bir sistemdən istifadə edib.

Nature Physics jurnalında dərc olunan araşdırmaya əsasən qrup “metamaterial” adlandırılan və dalğaları qeyri-adi şəkildə istiqamətləndirməyə imkan verən xüsusi bir material hazırlayıb. Bu materiala kondensatorlar yerləşdirilib.

Təcrübə zamanı sistemin elektrik cərəyanının müqavimətini çox sürətli şəkildə dəyişdirməklə dalğanın zaman daxilində əks istiqamətdə hərəkət etməsini təmin ediblər. Bu isə sanki zamanı geri çəkirmiş kimi bir təsir yaradıb.

Elektrik cərəyanını çox ani şəkildə dəyişməkdə enerji problemi yaşadıqlarını bildirən qrup sistemi çox dəqiq şəkildə tənzimləməklə bu maneəni aşa bildiklərini qeyd edib.

Elmi-fantastikaya bənzəyən bu fikir sayəsində gələcəkdə rabitə texnologiyaları, məlumat ötürülməsi, görüntüləmə sistemləri və həssas sensorlar kimi bir çox sahədə yeni cihazlar hazırlana bilər.

Daha uzaq gələcəkdə isə “zamansal boşluqlar” yaradılaraq siqnallar zaman daxilində irəli-geri hərəkət etdirilərək maraqlı təsirlər əldə edilə bilər.

Mənbə: Nefes gazetesi

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et