Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Naziri Murat Kurum Əmanət İdarəetmə Sisteminin (DOA) təqdimat proqramı və bir sıra ziyarətlər üçün Sakaryaya gəlib. Nazir Kurum əvvəlcə Atatürk Bulvarında Qubernatorluğu, daha sonra Böyükşəhər Bələdiyyəsini ziyarət edib. Nazir Kurum daha sonra Adapazarı Orhan Qazi Mədəniyyət Mərkəzində Əmanət İdarəetmə Sisteminin Təqdimat Yığıncağına qatılıb.

Nazir Murat Kurum Türkiyədə hər il yaranan 35 milyon ton bərk tullantıların 25 faizinin içki qablaşdırmasından ibarət olduğunu və bu sistemin ölkə iqtisadiyyatına töhfə verəcəyini bildirib. O, pilot əyalət Sakaryada tətbiq olunan sistemlə ildə 200 mindən çox plastik şüşənin toplanmasının hədəfləndiyini və beləliklə, tullantıların xammala çevrilərək plastik idxalının qarşısı alınacağını ifadə edib.
Kurum Sakaryada keçirilən “Əmanət Qaytarma Sistemi Təqdimat Yığıncağı”nda çıxış edərək bildirib ki, bu sistemlə 1-2 ayda təkcə Sakaryada 100 ton tullantı şüşə yığılıb.
Mənbə: A haber
Tərcümə etdi: Aysel Mirzəyeva
