Vaşinqtonda Yəhudi Muzeyinin qarşısında İsrail səfirliyinin iki əməkdaşını güllələməkdə şübhəli bilinən şəxs birinci dərəcəli qətldə, xarici diplomatların qətlə yetirilməsində və odlu silahdan istifadə ilə bağlı digər ittihamlarda təqsirləndirilir.
ABŞ prokuroru Cenin Pirro mətbuat konfransında bildirib ki, çərşənbə gecəsi baş verən hücum nifrət cinayəti kimi araşdırılır və əlavə ittihamların irəli sürüləcəyi gözlənilir.
"O, ölüm cəzasına səbəb ola biləcək bir hadisədir," – deyə prokuror cümə axşamı bildirib və əlavə edib ki, prokurorların ölüm hökmü tələb edib-etməyəcəyinə qərar vermək hələ tezdir.
FTB-nin Vaşinqtondakı nümayəndəsi Stiv Censon bu qətli “terror aktı və yəhudi icmasına qarşı yönəlmiş zorakılıq” kimi qiymətləndirib.
Mənbə: BBC News
Tərcümə etdi: Ayxan Cəfərov
