Xəzinə və Maliyyə Naziri Mehmet Şimşək inflyasiya ilə mübarizənin prioritet olduğunu və inflyasiyanın 2025-ci ildə azalmağa davam edəcəyini proqnozlaşdırdıqlarını bildirib.

Xəzinə və Maliyyə Naziri Mehmet Şimşək Nazirliyin Dikmen Kampusunda Sermaye Bazarı Şurasının təşkil etdiyi Maliyyə Savadlılığı Günü Proqramında çıxış edib.
Nazir Şimşək "Standard & Poor's" qlobal maliyyə savadlılığı araşdırmasına görə, dünyada hər 100 nəfərdən 33-nün maliyyə savadlı olduğunu, Türkiyədə isə bu nisbətin yüzdə 24 olduğunu bildirib. Şimşək aşağı maliyyə savadlılığının fərdləri sui-istifadə və manipulyasiyaya açıq qoyduğunu, bu vəziyyətin həm fərdi, həm də cəmiyyət səviyyəsində mənfi nəticələri ola biləcəyini vurğulayıb.
Mənbə:A haber
Tərcümə etdi:Aysel Mirzəyeva
