İki İsrail səfiri Vaşinqtonda "Capital Jewish" muzeyini tərk etdikdən sonra öldürülüb.

ABŞ səfirliyinin verdiyi məlumata əsasən öldülülən şəxslər Sara L. Milqrim və Yaron Lişinski cütlüyü olub. Onların evlənməyi planlaşdırdıqları təyin edilib. Cütlük dünən gecə muzeyi tərk etdikdən sonra saat 21:00-da öldürülüb.
Polis rəsmiləri şübhəli şəxs kimi Çikaqolu , 30 yaşlı Eliyas Rodriquezi nəzarətə götürüb.
Polislərin sözlərinə görə şübhəli şəxs nəzarətə götürüldükdən sonra, azad Fələstin deyə qışqırıb. Buna görə də zabitlər cinayətin potensial terrorla əlaqəsini araşdıracaqlar.
Benjamin Netanyahu digər İsrail səfirliklərində təhlükəsizliyin yüksək səviyyədə təmin ediləcəyini bildirib.
ABŞ prezidenti Donald Tramp baş verən hadisənin kədərli olduğundan və açıq-aşkar antisemitizm üzərində törəndiyindən bəhs edib. Böyük Britaniya naziri Keyr Starmer də Vaşinqtonda baş verən hadisənin antisemntik hücum olduğunu və həmişəki kimi yenə də yəhudi cəmiyyətinin yanında olduğunu dilə gətirib.
“Antisemitizm hər yerdə peyda ola bilən, kolleqalarını, ailəni və sevdiklərini qurban edə bilən iblisdir".
Amerika Xarici İşlər Naziri Gideon Saar isə sözü gedən hadisəni İsrail və yəhudilərə qarşı bütün dünyada olan toksik, antisemtik davranışın bir nümunəsi kimi qəbul edir.
Mənbə: BBC
Tərcümə etdi: Rəna Qarayeva
