Bu gün:

Vaşinqtonda İsrail səfirliyinin 2 əməkdaşı öldürülüb


ABŞ-nin paytaxtı Vaşinqtonda bir Yəhudi muzeyinin qarşısında iki İsrail səfirliyi əməkdaşı güllələnərək öldürülüb.

İsrail Səfirliyi onların adlarını Sarah Milqrim və Yaron Lişinski olaraq açıqlayıb və fotolarını yayıb. 

Hadisə zamanı hücum edən şəxsin "Azad Fələstin!" deyə qışqırdığı bildirilir. Polis hadisəni törətməkdə şübhəli bilinən şəxsin 30 yaşlı Elias Rodriquez olduğunu açıqlayıb. Hücum yerli vaxtla saat 21:05-də (Bakı vaxtı ilə 04:05) baş verib.

Mənbə: BBC

Tərcümə: Ətirə İbayeva


Paylaş
Şərh əlavə et