Bu gün:

İsrail səfirliyinin iki əməkdaşının öldürülməsi ilə bağlı şübhəli şəxs saxlanılıb


ABŞ-nin Vaşinqton şəhərində yerləşən Yəhudi Muzeyində keçirilən tədbirdə İsrail səfirliyinin iki əməkdaşının güllələnərək öldürülməsində şübhəli bilinən şəxs hadisə zamanı təhlükəsizlik əməkdaşları tərəfindən şahid kimi qəbul edilib. Bu barədə hadisənin şahidləri BBC-yə məlumat veriblər.

Hadisə çərşənbə günü axşam Amerikan Yəhudi Komitəsinin təşkil etdiyi tədbir zamanı baş verib. Tədbirin təşkilatçısı Cojo Kalin bildirib ki, atışmadan sonra binanın içərisində çox narahat və təşviş içində görünən bir şəxsi görüb.


“Təhlükəsizlik xidmətinin əməkdaşları bu şəxsi hadisənin şahidi və ya təsadüfi iştirakçı hesab edərək içəri buraxıblar",– deyə Kalin bildirib. Onun sözlərinə görə, həmin şəxsin üzərində silah olmayıb və o, ona su verdikdən sonra həmin şəxs kəfiyyə çıxararaq “Fələstinə azadlıq”,-deyə qışqırıb.

Polis tərəfindən saxlanılan şübhəlinin Çikaqodan olan 30 yaşlı Elias Rodrigez olduğu açıqlanıb. O, İsrailin Vaşinqtondakı səfirliyinin əməkdaşları Yaron Lişinski və Sara Linn Milqrimin ölümündə ittiham olunur. Rodrigez hazırda nəzarət altındadır və araşdırma davam edir.


Mənbə: BBC news

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et